• Bakı C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Zeynəb Xanlarovanın 89 yaşı tamam oldu

MƏDƏNİYYƏT

28 Dekabr 2025 | 21:04

Zeynəb Xanlarovanın 89 yaşı tamam oldu

Azərbaycan musiqi mədəniyyətinin canlı əfsanəsi, SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür.

Bakıvaxtı.az xəbər verir ki, sənətkarın bu gün 89 yaşı tamam olur.

O, 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olub. Bakı Pedaqoji məktəbini və Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib.

Xanlarovanın yaradıcılıq yolu 1961-ci ildə Opera və Balet Teatrının solisti kimi başlayıb. Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli kimi yadda qalan obrazlar yaradıb. Zeynəb Xanlarova həm də Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarından biri kimi musiqi tariximizə düşüb.

Sənətkar həm də bir çox mahnıların müəllifidir. Onun haqqında “Salam, Zeynəb!” adlı sənədli televiziya filmi çəkilib. Musiqi fəaliyyəti ilə yanaşı, o, həm də ictimai-siyasi fəaliyyətlə məşğul olub; Azərbaycan SSR Ali Sovetinin və Azərbaycan Milli Məclisinin bir neçə çağırış deputatı seçilib.

Görkəmli sənətkar 1980-ci ildə “SSRİ Xalq artisti” adına layiq görülüb. O, həmçinin müstəqil Azərbaycanın ən ali mükafatları olan “Şöhrət” (1996), “İstiqlal” (2006) və “Heydər Əliyev” (2016) ordenləri ilə təltif edilib. Z. Xanlarovanın iki oğlu, altı nəvəsi var.


SON XƏBƏRLƏR

27 Dekabr 2025