• Bakı 26° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Adil Kərimli Ağsuda vətəndaş qəbulu keçirdi

MƏDƏNİYYƏT

23 Yanvar 2026 | 15:48

Adil Kərimli Ağsuda vətəndaş qəbulu keçirdi

Mədəniyyət naziri Adil Kərimli yanvarın 23-də Ağsu rayonunda vətəndaşları qəbul edib.

Bu barədə Bakıvaxtı.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, qəbulda Ağsu, Şamaxı, Qobustan, İsmayıllı rayonlarından olan vətəndaşlar müraciətlərini diqqətə çatdırıblar.

Müraciətlər, əsasən, məşğulluq, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsinə dair layihələr, təşəbbüslər və digər məsələlərlə bağlı olub.

Nazir vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.

Qəbulda şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.


Adil Kərimli Ağsuda vətəndaş qəbulu keçirdiAdil Kərimli Ağsuda vətəndaş qəbulu keçirdiAdil Kərimli Ağsuda vətəndaş qəbulu keçirdiAdil Kərimli Ağsuda vətəndaş qəbulu keçirdiAdil Kərimli Ağsuda vətəndaş qəbulu keçirdiAdil Kərimli Ağsuda vətəndaş qəbulu keçirdiAdil Kərimli Ağsuda vətəndaş qəbulu keçirdiAdil Kərimli Ağsuda vətəndaş qəbulu keçirdiAdil Kərimli Ağsuda vətəndaş qəbulu keçirdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026