Xəbər verdiyimiz kimi, Oleq Əmirbəyov mədəniyyət nazirinin müşaviri vəzifəsindən azad edilib.
Bakıvaxtı.az xatırladır ki, o, bir neçə gün əvvəl Akademik Rus Dram Teatrına direktor təyin edilib.
Əldə etdiyimiz məlumatlara görə, Oleq Əmirbəyovun anası Rita Əmirbəyova da həmin teatrda fəaliyyət göstərir. O, 1978-ci ildən bu teatrda çalışır.
Qeyd edək ki, Rita Əmirbəyova Azərbaycan Respublikasının Əməkdar artistidir və 8 dəfə Prezident mükafatına layiq görülüb.
Rəşid Muxtar
Bakı 





