• Bakı C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.9453

    RUB - 2.1208

Qastrol proqramı çərçivəsində Ağdam Muğam Mərkəzində konsert keçirilib - FOTO

MƏDƏNİYYƏT

17 Mart 2026 | 09:37

Qastrol proqramı çərçivəsində Ağdam Muğam Mərkəzində konsert keçirilib - FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçirilir. 

Bakıvaxtı.az xəbər verir ki, layihə çərçivəsində martın 16-da Beynəlxalq Muğam Mərkəzinin nəzdində fəaliyyət göstərən Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin Ağdam Muğam Mərkəzində konsert proqramı olub.

Orkestrin (dirijor: Prezident mükafatçısı, respublika və beynəlxalq müsabiqələr laureatı Mustafa Aşurov) ifa etdiyi Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnılarımız tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, qastrol layihəsinin əsas məqsədi vahid mədəni məkanın formalaşdırılması, regionlarda mədəni həyatın daha da canlandırılması və yüksək səviyyəli incəsənət nümunələrinin bütün vətəndaşlar üçün əlçatanlığının təmin olunmasıdır.

Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin qastrolu martın 17-də Laçın şəhərindəki “LaCinema” kinoteatrında konsert proqramı ilə davam edəcək.


SON XƏBƏRLƏR

16 Mart 2026