• Bakı 11° C

    6.84 m/s

  • USD - 1.7

    EUR - 1.9621

    RUB - 2.0626

Şairdən "tonqalı satanlar"a: Novruz bayramını da satarsınız...

MƏDƏNİYYƏT

19 Mart 2026 | 09:19

Şairdən tonqalı satanlara: Novruz bayramını da satarsınız...

Şair Şəhriyar Del Gerani sosial şəbəkədə Novruz ənənələrinin dəyəri ilə bağlı diqqətçəkən paylaşım edib.

Bakıvaxtı.az-ın xəbərinə görə, o, bəzi insanların müxtəlif bəhanələrlə milli adət-ənənələrdən uzaqlaşdığını qeyd edərək, Novruzun simvolik dəyərlərinin “satılması” məsələsinə münasibət bildirib.

Paylaşımda belə deyilir:

“Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım… O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb bəhanələrlə məndən uzaqlaşırlar - fala baxdırmağa, it boğuşdurmağa, xoruz döyüşdürməyə, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və bu kimi ‘vacib’ əməllərə… Şəkərburanı satdınız, dinmədim. Paxlavanı satdınız, dinmədim. Səmənini - Allahın səmənisini satdınız, yenə dinmədim. Bunu da satmayın. Tonqalı da satarlarmı? Adam odunu satar heç? Bu gün-sabah, haşa, bütövlükdə Novruz bayramını satsanız, təəccüblənmərəm”.

Yazıçının bu satirik reaksiyası sosial şəbəkələrdə geniş müzakirələr doğurub.

Qeyd edək ki, marketlərdə bayram tonqalının satışa çıxarılması ictimaiyyət tərəfindən xoş qarşılanmayıb. Novruzun əsas simvollarından olan tonqalın kommersiya predmetinə çevrilməsi birmənalı qarşılanmayıb. İzləyicilər odun müqəddəs sayıldığını, buna görə də satışının ənənələrə uyğun olmadığını bildiriblər.

Əli Hüseynov


SON XƏBƏRLƏR

18 Mart 2026