• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2428

Gəncə Teatrı yeni tamaşanın məşqlərinə başladı - FOTOLAR

MƏDƏNİYYƏT

15 Aprel 2026 | 21:15

Gəncə Teatrı yeni tamaşanın məşqlərinə başladı - FOTOLAR

Gəncə  Dövlət  Milli  Dram Teatrında Vaqif Əmiraslanın “Gülüstan”  pyesi əsasında eyni adlı tamaşasının məşqlərinə  başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, real həyat həqiqətləri üzərində hazırlanacaq tamaşa 44 günlük Vətən müharibəsinin ədəbi və bədii bütövlüyünü özündə əks etdirməklə əldə etdiyimiz qələbəyə, şəhidlərimizin əziz ruhlarına, qazilərimizə ithaf olunur. Tamaşa teatra dəvət edilmiş gənc rejissor  Fuad Cavadzadənin traktovkasında ictimaiyyətə təqdim  ediləcək.  
 
Yeni yaradıcılıq işinin quruluşçu rəssamı Mirzə Mehdi Hüseynov, bəstəkarı Svetlana Hüseynova,  xoreoqrafı  Sənan  Cavadov  və  qrafik  işi isə Sübhan  İbrahimova məxsusdur. 
 
Səhnə  əsərində  Xalq  artisti  Pərvanə  Qurbanova,  Əməkdar  artistlər İlham  Hüseynov, Novruz  Cəfərov, Kəmalə  Məmmədova və bütövlükdə teatrın 30-dan çox aktyor heyəti iştirak edəcək. 

Tamaşanın premyerası mayın 17-də ictimaiyyətə təqdim ediləcək.


SON XƏBƏRLƏR