• Bakı 11° C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 2.0165

    RUB - 2.1985

Azərbaycan və BMT mədəniyyətlərarası dialoqu müzakirə edib

MƏDƏNİYYƏT

13 Fevral 2026 | 11:28

Azərbaycan və BMT mədəniyyətlərarası dialoqu müzakirə edib

Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov və BMT-nin baş katibinin gənclərlə iş üzrə köməkçisi - BMT-nin Gənclərlə İş üzrə İdarəsinin rəhbəri Felipe Paulyer mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığı müzakirə ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin Gənclərlə İş üzrə İdarəsi "X" sosial şəbəkəsində məlumat verilib.

"Mədəniyyət və gənclər sülhün və dialoqun möhkəmləndirilməsinə töhfə verir. BMT-nin baş katibinin gənclərlə iş üzrə köməkçisi Felipe Paulyer Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərovla BMT-nin Gənclərlə İş üzrə İdarəsi ilə tərəfdaşlıq, mədəniyyətlərarası dialoq, gənclərin psixi sağlamlığı və yaradıcı sənayelər sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib", - məlumatda bildirilib.


SON XƏBƏRLƏR

12 Fevral 2026