• Bakı C

    3.53 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Tramp və Zelenski arasında görüş - YENİLƏNİB

DÜNYA

28 Dekabr 2025 | 23:15

Tramp və Zelenski arasında görüş - YENİLƏNİB

ABŞ Prezidenti Donald Tramp Floridada yerləşən Mar-a-Laqo iqamətgahında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşərək Ukrayna münaqişəsinin həlli perspektivlərini və Vaşinqtonun növbəti addımlarını müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, Tramp görüş zamanı mümkün sülh sazişi, Avropanın təhlükəsizliyin təminatında rolu və Rusiyaya kontakların davam etdirilməsi niyyətini açıqlayıb.

ABŞ Prezidenti bildirib ki, həm Rusiya Prezidenti Vladimir Putin, həm də Zelenski Ukraynada sülh istəyir. O qeyd edib ki, Avropa ölkələri münaqişə həllindən sonra Ukraynanın qorunmasına aktiv şəkildə cəlb olunacaq və təhlükəsizlik sazişi imzalanacaq. Tramp həmçinin münaqişənin iqtisadi faydalarını vurğulayıb, Ukraynanın həyata keçirdiyi hücumları nəzərə alaraq Moskvanın da sülh istədiyini bildirib. Prezident əlavə edib ki, sülh prosesi yekunlaşmaq üzrədir və mövcud çərçivə hər kəs üçün faydalıdır.

Tramp görüşün sonunda Putinə zəng etməyi planlaşdırdığını və dialoqu davam etdirəcəyini bildirib.

***

22:43

ABŞ Prezidenti Donald Trampın Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahında onunla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq məqsədilə təklif edilən 20 maddəlik sülh planı liderlərin əsas müzakirə mövzusu olacaq.

Qeyd edək ki, görüşdən əvvəl Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.

Bu, Volodimir Zelenskinin Donald Trampla görüşmək üçün ABŞ-yə beşinci səfəridir.


SON XƏBƏRLƏR

28 Dekabr 2025