• Bakı C

    6.15 m/s

  • USD - 1.7

    EUR - 2.0185

    RUB - 2.2222

İlon Maska ÇAĞIRIŞ: “Niyə rusların “Starlink”dən istifadəsini...”

DÜNYA

28 Yanvar 2026 | 08:16

İlon Maska ÇAĞIRIŞ: “Niyə rusların “Starlink”dən istifadəsini...”

Polşanın xarici işlər naziri Radoslav Sikorski ABŞ-li sahibkar İlon Maskdan Rusiya ordusunun Starlink şəbəkəsinə girişini kəsməsini tələb edib.

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə o, “X” hesabında yazıb:

"Hey, İlon Mask, niyə rusların “Starlink”dən Ukrayna şəhərlərini hədəf almaq üçün istifadə etməsinin qarşısını almırsan? Müharibə cinayətlərindən pul qazanmaq brendinə zərər verir?!".

Qeyd edək ki, Amerika Müharibə Tədqiqatları İnstitutunun (ISW) Rusiyanın “Starlink” şəbəkəsindən hərbi istifadəsi ilə bağlı sözügedən tvitə cavab olaraq bildirib:

“Rusiya qüvvələri Ukraynada arxa cəbhəyə orta mənzilli zərbələr endirmək məqsədilə “BM-35” hücum dronlarının mənzilini genişləndirmək üçün “Starlink” peyk sistemlərindən istifadə edir”.

İnstitut onu da əlavə edib ki, “Starlink” ilə əlaqəli “BM-35” dronlarının iddia edilən 500 kilometrlik mənzilə sahibdir. Beləcə o, Rusiyadan və ya işğal olunmuş Ukraynadan buraxılarsa, Ukraynanın əksər hissəsini, bütün Moldovanı və Polşa, Rumıniya və Litvanın bir hissəsini mənzilinə daxil edə bilər”.

Ukraynanın müdafiə naziri Mixaylo Fedorov bazar ertəsi axşamı Rusiya qüvvələrinin dronları “Starlink” peyk sistemləri ilə təchiz etdiyini təsdiqləyib və bu problemə tez bir zamanda reaksiya verilməsinin vacibliyini vurğulayıb.

Aydın Baxış


SON XƏBƏRLƏR

27 Yanvar 2026