Ukraynanın şimal-şərqindəki Xarkov bölgəsində Rusiyaya aid pilotsuz uçuş aparatları (PUA) təxminən 200 nəfəri daşıyan sərnişin qatarına hücum edib.
Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində 12 nəfər həlak olub. Həlak olanlar içərisində hamilə qadın, təxminən 40 yaşlı cütlük də var.
Xeyli sayda yaralanan var.

Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da bəyan edib ki, vaqonda mülki şəxslərin öldürülməsi üçün heç bir hərbi bəraət yoxdur və ola da bilməz.
Ukrayna hava hücumundan müdafiə qüvvələrinin məlumatına görə, 24 saat ərzində ölkəyə qarşı ümumilikdə 165 Rusiya PUA-sı atılıb, onlardan 135-i vurulub.
Aydın Baxış
Bakı 




