• Bakı 17° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

ABŞ Yaxın Şərqdə hərbi təlimlərə başlayır

DÜNYA

27 Yanvar 2026 | 22:35 | Müəllif: Subhan Mahmudov

ABŞ Yaxın Şərqdə hərbi təlimlərə başlayır

ABŞ-nin Doqquzuncu Hava Ordusu Yaxın Şərqdə döyüş hazırlığının yoxlanılması məqsədilə "Agile Spartan" adlı çoxgünlük hərbi-hava təlimlərinə başlayır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəzi Komandanlığı (AFCENT) məlumat yayıb.

Məlumatda bildirilir ki, təlimlərin məqsədi ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasının bütün ərazisində aviasiyanın yerləşdirilməsi, səpələndirilməsi və döyüş əməliyyatlarının aparılması imkanlarını nümayiş etdirməkdir.

Komandanlıq "Agile Combat Employment" (ACE) taktikasının tətbiqi imkanlarını yoxlayacaq və zərurət yarandığı halda aviasiyanın döyüş tapşırıqlarını yerinə yetirə biləcəyi məntəqələrin sayını artıracaq.

Təlimlər çərçivəsində aviasiya və şəxsi heyətin səpələndirilməsi, müxtəlif vəziyyətlərə çevik reaksiya verilməsi, maddi-texniki təminat məsələləri məşq ediləcək, həmçinin komandanlıq və idarəetmə sistemi sınaqdan keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026