Britaniyanın Kiyevdəki səfirliyinin təhlükəsizliyini təmin edən və hərbi əməliyyatlara cəlb edilən ölkə qoşunlarının sayı 2024-cü ilin iyulunda Leyboristlər Partiyası hakimiyyətə gələndən bəri artıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili parlamentin İcmalar Palatasının (aşağı palata) Müdafiə komitəsində çıxış edərkən bildirib.
"Bizim Ukraynada səfirliyə və Ukraynanın müdafiəsinə kömək edən bir neçə Britaniya hərbi qulluqçumuz var. Bu vəziyyət 2022-ci ilin aprelində səfirliyin müdafiə bölməsinin fəaliyyəti bərpa olunduqdan bəri davam edir. Seçkidən sonra bu say artıb. Biz Ukraynanın xahişi ilə ona olan dəstəyimizi artırmağa davam edirik", - deyə o vurğulayıb.
Bakı 




