• Bakı C

    6.15 m/s

  • USD - 1.7

    EUR - 2.0185

    RUB - 2.2222

Netanyahu: “Qəzzada Fələstin dövlətinin yaradılmasına icazə verməcəyəm”

DÜNYA

28 Yanvar 2026 | 08:35

Netanyahu: “Qəzzada Fələstin dövlətinin yaradılmasına icazə verməcəyəm”

"İsrail indi iki missiyaya diqqət yetirəcək -: HƏMAS-ın tərksilah edilməsi və Qəzzanın silahsızlaşdırılması".

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

O qeyd edib:

“ABŞ Prezidenti Donald Trampa dediyim kimi, bu, ya asanlıqla, ya da çətinliklə olacaq. Amma hər iki halda uğur qazanacağıq".

Netanyahu sözügedən iki missiya yerinə yetirilənə qədər viran qalmış Fələstin ərazisində hər hansı bir yenidənqurma işini də istisna edib:

“Mən hələ də Qəzzanın yenidən qurulmasına demilitarizasiyadan əvvəl icazə veriləcəyi ilə bağlı iddiaları eşidirəm. Bu, baş verməyəcək".

B.Netanyahu, həmçinin Fələstin dövlətinin yaradılmasına icazə verməyəcəyini vurğulayıb:

"Eşitdiyimə görə, iddialar var ki, mən Qəzzada Fələstin dövlətinin yaradılmasına icazə verəcəyəm. Bu, baş verməyib və verməyəcək. Əksinə dəfələrlə Fələstin dövlətinin yaradılmasının qarşısını almışam”.

Aydın Baxış


SON XƏBƏRLƏR

27 Yanvar 2026