• Bakı 23° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Netanyahu daha bir xəbərdarlıq etdi

DÜNYA

27 Yanvar 2026 | 23:59 | Müəllif: Subhan Mahmudov

Netanyahu daha bir xəbərdarlıq etdi

İsrailin Baş naziri Benyamin Netanyahu ötən həftə İrana qarşı etdiyi xəbərdarlığı təkrarlayıb. 

Bakıvaxtı.az  xəbər verir ki, Netanyahu İran hücum edərsə, ölkəsinin "sərt cavab verəcəyini" deyib. 

"İran yenidən oxları bizə tərəf istiqamətləndirməyə çalışır, amma biz buna imkan verməyəcəyik. Əgər İran İsrailə hücum etməklə ciddi səhv edərsə, biz İranın əvvəllər heç görmədiyi bir güclə cavab verəcəyik", - Netanyahu bildirib.

Daha əvvəl "The War Zone" qəzeti İsrail Müdafiə Qüvvələrinin mənbəsinə istinadən bildirib ki, İsrail Müdafiə Qüvvələri ABŞ-lə birlikdə gələn həftə sonu İrana qarşı mümkün hərbi əməliyyata hazırlaşır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026