"Azərbaycan benzininin alınması Ermənistan vətəndaşları üçün çox faydalıdır. Boykot çağırışlarının olduğunu gördüm, amma növbələrin də olduğunu öyrəndim".
Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyada bildirib.
"Əlbəttə ki, bütün problemlərin həll olunduğunu demək olmaz. Həll olunmalı problemlər hələ də var", - deyə erməni nazir qeyd edib.
Zeynəb Rzayeva
Bakı 




