“Globe Soccer Awards”ın 2025-ci il üçün müxtəlif nominasiyalar üzrə qalibləri bəlli olub.
Bakıvaxtı.az xəbər verir ki, Fransanın PSJ komandasının hücumçusu Usman Dembele ilin ən yaxşı kişi futbolçusu seçilib.
Qadınlar arasında bu mükafata “Barselona”nın üzvü Aytana Bonmati layiq görülüb.
Ən yaxşı klub nominasiyasında PSJ birinci yerə sahib çıxıb.
Kriştianu Ronaldo isə “Yaxın Şərqin ən yaxşı futbolçusu” titulunu qazanıb.
Bakı 




