• Bakı C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Putini müharibəyə son qoymağa yalnız Tramp məcbur edə bilər - Rutte

DÜNYA

28 Dekabr 2025 | 23:30

Putini müharibəyə son qoymağa yalnız Tramp məcbur edə bilər - Rutte

"Rusiya Prezidenti Vladimir Putini Ukraynadakı müharibəni dayandırmağa yalnız ABŞ Prezidenti Donald Tramp məcbur edə bilər".

Bakıvaxtı.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Almaniyanın "Bild" qəzetinə verdiyi müsahibədə bildirib.

Ruttenin sözlərinə görə, Tramp "bu müharibəyə son qoymağa tam diqqət yetirib".

NATO-nun baş katibi qeyd edib: "Tramp Ukraynadakı müharibəyə son qoymaq istəyir. Putini danışıqlar masasına oturmağa məcbur edə bilən yeganə şəxs odur və sonda onu sülhə məcbur edə biləcək yeganə şəxs də odur".

Eyni zamanda, o qeyd edib ki, sülhə nail olmaq üçün güzəştlər tələb olunacaq: “Sülh müqavilələrində həmişə belədir”. 

Ancaq Rutte hansı tərəfin güzəştə getməli olduğunu dəqiqləşdirməyib.

Zeynəb Rzayeva
 


SON XƏBƏRLƏR

28 Dekabr 2025