İstanbul boğazının çıxışından 52 dəniz mili uzaqlıqda “Kairos” adlı kimyəvi məhsullar daşıyan tankerdə partlayış baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, partlayış gəminin mühərrik hissəsində baş verib.
Hadisə nəticəsində ekipaj heyətindən bir neçə şəxs yaralanıb. Gəminin batma təhlükəsi olduğu deyilir.
Əraziyə Türkiyə Sahil Təhlükəsizliyi Xidmətinin gəmisi və bir kater yollanıb.
Bakı 



