• Bakı 12° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.97

    RUB - 2.1803

Rusiya XİN Yermakın istefasını şərh etdi

DÜNYA

28 Noyabr 2025 | 23:00

Rusiya XİN Yermakın istefasını şərh etdi

Ukrayna lideri Vladimir Zelenski sadəlövhcəsinə inanır ki, tərəfdaşlarını təhvil verməklə öz gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün vaxt qazana bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətləri üzrə nümayəndəsi Rodion Miroşnik Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın istefasını şərh edərkən bildirib.

"Zelenski hələ də sadəlövhcəsinə inanır ki, adamlarını təhvil verməklə aradan çıxa və ya heç olmasa öz gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün vaxt qazana bilər", - deyə o bildirib.

Qeyd edək ki, bu gün Ukrayna Prezidenti Vladimir Zelenski Prezident Ofisinin rəhbəri Andrey Yermakın istefa verdiyini elan edib.


SON XƏBƏRLƏR