Fələstinin WAFA xəbər agentliyinin verdiyi məlumata görə, Fələstin Administrasiyası ABŞ prezidenti Donald Trampın Qəzzada müharibəyə son qoymaq səylərini alqışlayıb.
Bakıvaxtı.az “Le Figaro.fr”ə istinadən xəbər verir ki, administrasiya ədalətli sülhə aparan yolu ehtiva edən hərtərəfli razılaşma əldə etmək üçün Birləşmiş Ştatlar və onun tərəfdaşları ilə işləməyə sadiqliyini bir daha təsdiqləyib.
Qurumun bəyanatında deyilir: “Prezident Donald Trampın Qəzzada müharibəni dayandırmaq üçün göstərdiyi səmimi və qətiyyətli səylərini alqışlayır, onun sülhə gedən yolu tapmaq qabiliyyətinə inanırırıq”.
Aydın Baxış