ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkof 2025-ci ilin sonuna kimi vəzifəsini tərk edə bilər.
Bakıvaxtı.az "The Times of Israel"ə istinadən xəbər verir ki, Vitkofun istefası Qəzza zolağında münaqişə həll olunandan sonra baş verəcək.
Bildirilib ki, xüsusi nümayəndənin ofisi tezliklə dəyişikliklərin baş verəcəyini gözləyir.
Qeyd edək ki, Vitkof Prezidentin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi vəzifəsini tutur və Ağ Evin xüsusi rəğbətinə malikdir.
Gülşən Şərif