TRIPP layihəsi qlobal tədarük zənciri böhranı fonunda beynəlxalq ticarətə yeni dinamika gətirə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Paris Sülh Konfransında bildirib.
O qeyd edib ki, layihə Ermənistan və ABŞ arasında ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçiriləcək və region üçün strateji əhəmiyyət daşıyır.
Paşinyan həmçinin Ermənistan və Azərbaycanın Vaşinqtonda qəbul etdiyi Sülh Bəyannaməsində ərazi bütövlüyü və regional əlaqələrin açılmasına dair müddəaların yer aldığını xatırladıb.
Baş nazir Donald Trampın vasitəçiliyi ilə iki ölkə arasında sülhün bərqərar olduğunu vurğulayıb. O, bu prosesin regionda sabitlik və iqtisadi inkişaf üçün yeni imkanlar açdığını bildirib.
Əli Hüseynov
Bakı 


