Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gədəbəy rayonunun Slavyanka kəndində vətəndaşın quyuda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bakıvaxtı.az bu barədə FHN-ə istinadla xəbər verir.
Məlumata görə, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunublar.
Əməliyyat zamanı məlum olub ki, 1965-ci il təvəllüdlü Hüseynov Mehbalı həyətyanı sahədə təxminən 3 metr dərinlikdə olan quyuya düşərək xəsarət alıb və köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi texniki vasitələrdən istifadə etməklə vətəndaşı quyudan çıxarıb xilas ediblər.
Bakı 




