• Bakı 15° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1556

Azərbaycanın xarici işlər naziri özbəkistanlı həmkarı ilə görüşdü

CƏMİYYƏT

30 Oktyabr 2025 | 09:21

Azərbaycanın xarici işlər naziri özbəkistanlı həmkarı ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistana işgüzar səfəri çərçivəsində xarici işlər naziri Baxtiyor Saidovla görüşüb.

Bu barədə Bakıvaxtı.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlər ortaq tarix, mədəniyyət və qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlığı daha da möhkəmləndirmək, həmçinin ticarət, enerji, nəqliyyat, təhsil və əlaqəlilik sahələrində əməkdaşlığı genişləndirmək əzmini bir daha təsdiqləyiblər.

Vurğulanıb ki, bu əməkdaşlıq bölgələrimizdə sülhə və dayanıqlı inkişafa töhfə verəcək.


SON XƏBƏRLƏR

29 Oktyabr 2025