• Bakı 15° C

    6.57 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1556

Ağalı kəndinin ikinci mərhələsində neçə ev istifadəyə veriləcək?

CƏMİYYƏT

30 Oktyabr 2025 | 09:54

Ağalı kəndinin ikinci mərhələsində neçə ev istifadəyə veriləcək?

Media nümayəndələri Prezidenti İlham Əliyev oktyabrın 28-də açılışını etdiyi Zəngilan rayonunun Ağalı kəndinin 2-ci mərhələsi ilə tanış olublar.

Bakıvaxtı.az xəbər verir ki, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva görülən işlər barədə jurnalistlərə məlumat verib.

O bildirib ki, Ağalı kəndinin ikinci mərhələsində istifadəyə veriləcək evlərin sayı 103 ədəddir. Bunlar 55-i ikiotaqlı fərdi evlərdən, 3-ü isə üçmərtəbəli 2 bloklu “Townhouse” tipli binalardakı mənzillərdən ibarətdir. 36 ədəd birotaqlı, 12 ədəd isə ikiotaqlı mənzil inşa edilib.

Kənddə bütün evlərə kommunikasiya xətləri çəkilib, yaşayış və qeyri-yaşayış binalarının hamısı qazla təmin edilib, evlərdə kombilər quraşdırılıb.

Burada ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Park Ağalı və Məmmədbəyli kənd sakinləri, eləcə də qonaqlar üçün açıq istirahət və əyləncə zonası kimi fəaliyyət göstərəcək. Parkın ərazisi 5 funksional zonaya bölünüb. Bu zonalarda uşaqların istirahəti, idman fəaliyyəti və əyləncəsi üçün bütün şərait yaradılıb.

Ərazidə müxtəlif ağac və kol bitkiləri əkilib.


SON XƏBƏRLƏR

29 Oktyabr 2025