İsveçrə hökuməti Avropa İttifaqının Rusiya və Belarusa qarşı 18-ci sanksiyalar paketinə əlavə tədbirlərlə qoşulub.
Bakıvaxtı.az xəbər verir ki, rəsmi məlumata görə, məhdudiyyətlər əsasən mal ticarəti, maliyyə və enerji sektorlarını əhatə edir.
Yeni qərara əsasən, Rusiya sənayesini gücləndirə biləcək malların, o cümlədən, yanacaq kimyəvi maddələrinin, metall və plastiklərin ixracına qadağa sərtləşdirilib.
Həmçinin Rusiyanın 23 bankına qarşı maliyyə əməliyyatları tam qadağan olunub, daha 22 bank isə sanksiya siyahısına əlavə edilib.
Əli Hüseynov
Bakı 


