Danimarkada "çağırış lotereyası" adlanan tədbir tətbiq edilib.
Bakıvaxtı.az xəbər verir ki, ölkənin yetkinlik yaşına çatan hər bir qadın sakini hərbi xidmətə çağırış ofisinə baş çəkməli və barabandan bilet çıxarmalıdır. Bu, onun xidmət etmək məcburiyyətində olub-olmayacağını müəyyən edəcək.
Könüllülərin sayı kifayət qədər deyilsə, bu, vətəndaşın 32 yaşına çatmasından əvvəl istənilən vaxt baş verə bilər.
Hakimiyyət orqanları ehtiyat ordunu gücləndirmək və yeni çağırışçıların sayını ildə təxminən 4000-dən 7500-ə çatdırmaq niyyətindədir.
Bakı 



