• Bakı C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Finlandiyada Hannes fırtınası - Rekord sayda elektrik kəsintiləri baş verib

DÜNYA

29 Dekabr 2025 | 00:29

Finlandiyada Hannes fırtınası - Rekord sayda elektrik kəsintiləri baş verib

Finlandiyada şiddətlənən Hanes fırtınası Elenia elektrik şəbəkəsi şirkətinin xidmət zonasına ciddi ziyan vurub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Eleniya şirkətinin fövqəladə hallara hazırlıq rəhbəri Heikki Paananen bildirib. 

"Bizim hesablamalarımıza görə, bu, son on ildə baş verən ən genişmiqyaslı dağıntıdır və keçən ilin noyabr ayında baş verən "Yari" fırtınasının nəticələrini də üstələyir", - Paananen qeyd edib.

Son məlumatlara görə, Finlandiyada təxminən 115.000 ev təsərrüfatı hələ də elektrik enerji kəsintisinə məruz qalıb ki, bunlardan 42.000-dən çoxu Eleniya müştəriləri olub. 

Paananen bildirib ki, ərazidəki ziyan ciddidir və təmir işləri çətin olacaq. İndiyə qədər təxminən 700 problemin həlli üçün müraciət qeydə alınıb və elektrik kəsilməsi tam həll olunana qədər bu rəqəmin təxminən ikiqat artacağı gözlənilir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

28 Dekabr 2025