• Bakı C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO

CƏMİYYƏT

14 Mart 2026 | 18:02

Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO

FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Nəsimi küçəsində yerləşən yaşayış binasında azyaşlıların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2023-cü il təvəllüdlü azyaşlıları valideynlərinə təhvil veriblər.


SON XƏBƏRLƏR

13 Mart 2026