• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycanda bu iki stadion federasiyadan geri alındı

İDMAN

14 Mart 2026 | 21:48 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda bu iki stadion federasiyadan geri alındı

Naxçıvanda iki stadion futbol federasiyasından geri alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev qərar imzalayıb.

Qərara əsasən, muxtar respublikanın Gənclər və İdman Nazirliyinin tabeliyində olan İ.Axundlu adına Naxçıvan Muxtar Respublika Stadionu və Ordubad Şəhər Stadionunun Naxçıvan Futbol Federasiyasının istifadəsinə verilməsi barədə Naxçıvan MR. Nazirlər Kabinetinin 12 oktyabr 2023-cü il tarixli, 132 nömrəli qərarı ləğv edilib.

Bununla da hər iki stadion federasiyanın istifadəsindən çıxarılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026