• Bakı C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Baxıcılıqdan 169 min dollar QAZANIR: Həftədə 14 min dollar cib xərcliyi... - VİDEO

DÜNYA

14 Mart 2026 | 14:32

Baxıcılıqdan 169 min dollar QAZANIR: Həftədə 14 min dollar cib xərcliyi... - VİDEO

Sosial şəbəkələrdə yayılan bir paylaşım geniş müzakirələrə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, gənc bir qız varlı ailədə baxıcı kimi çalışaraq ayda təxminən 169 min dollar qazandığını açıqlayıb.

O, bildirib ki, gördüyü işi çox sevir və işlədiyi ailə ona olduqca yaxşı münasibət göstərir. Qızın sözlərinə görə, uşaqların valideynləri tez-tez iş görüşləri və toplantılara getdiyi üçün onu da özləri ilə aparırlar. Hətta bəzən uşaqlara baxması üçün onu özəl təyyarə ilə başqa şəhərlərə və ölkələrə aparırlar.

Baxıcı qeyd edib ki, hər həftə uşaqlara 14 min dollar cib xərcliyi verilir. Onun sözlərinə görə, bu pulun çox vaxt yarısı belə xərclənmir. O isə qazandığı pulla özünə bahalı geyimlər və çantalar aldığını bildirib.

Gənc qız həmçinin deyib ki, doğum günündə işlədiyi ailə ona "Ferrari" markalı avtomobil hədiyyə etməyi planlaşdırıb. Onun sözlərinə görə, bəzən uşaqları tıxac səbəbindən məktəbə helikopterlə aparırlar.

Baxıcı əlavə edib ki, ailənin çoxsaylı aşpazları var və onlar dünyanın müxtəlif ölkələrinin mətbəxinə aid yeməklər hazırlayırlar.

Sözügedən paylaşım sosial mediada geniş müzakirə doğurub. Bəzi istifadəçilər bunu inanılmaz həyat tərzi kimi qiymətləndirsə də, digərləri məlumatın həqiqiliyini sual altına alıblar./Milli.az


SON XƏBƏRLƏR

13 Mart 2026