• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

İspaniyanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib

DÜNYA

13 Aprel 2026 | 14:08 | Müəllif: Zeynəb Rzayeva

İspaniyanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib

İspaniyanın Tehrandakı səfirliyinin fəaliyyəti bərpa olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin mətbuat xidməti "X" hesabında bildirib.

"Səfir Antonio Sançes-Benedito Qaspar diplomatik komanda və yerli əməkdaşlarla birlikdə sülhü dəstəkləmək öhdəliyi ilə fəaliyyətini bərpa edir", - diplomatik missiyada qeyd ediblər.

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares aprelin 9-da Tehrandakı səfirliyi bərpa etmək niyyətini açıqlayıb.

Qərar Donald Trampın elan etdiyi atəşkəsdən sonra qəbul edilib. İspaniya diplomatları ABŞ və İsrailin hərbi əməliyyatı başladıqdan sonra İran paytaxtından təxliyə edilmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026