q
  • Bakı 19° C

    1.34 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Kılıç və Qrono sülh prosesini müzakirə etdi

DÜNYA

13 May 2026 | 00:30

Kılıç və Qrono sülh prosesini müzakirə etdi

Türkiyə Prezidentinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə baş müşaviri Akif Çağatay Kılıç Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kılıç X platformasında paylaşım edib.

"Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesi, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi layihələri, regional sabitlik, təhlükəsizlik məsələləri və AB-nin regiona yanaşması müzakirə olunub. Cənubi Qafqazda davamlı sülhün, sabitliyin və əməkdaşlığın gücləndirilməsinə yönəlmiş birgə səylərin vacibliyini vurğuladıq", - deyə Kılıç bildirib.


SON XƏBƏRLƏR

12 May 2026