Türk Hava Yollarına məxsus təyyarə Antalya Hava Limanında radar dirəyinə çırpılıb.
Bakıvaxtı.az xəbər verir ki, İstanbuldan Antalyaya uçan "Boeing 777" təyyarəsi dayanacaq yerinə gedərkən sağ qanadı ilə yerüstü radar antena dirəyinə dəyib.
Təyyarədə 267 sərnişin olub və hamısı təxliyə edilib. Aviaşirkətin məlumatına görə, bir nəfər yüngül xəsarət alıb.
Sərnişinlər zərbədən sonra kabinədən oksigen maskalarının düşdüyünü və təyyarənin panellərindən birinin zədələndiyini bildiriblər. Bəzi sərnişinlər əsəb böhranı keçirdiklərini deyiblər.
Bakı 





