• Bakı 26° C

    10.49 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

“Bavi” tayfunu Çin şəhərinə çatıb

DÜNYA

11 Iyul 2026 | 23:03

“Bavi” tayfunu Çin şəhərinə çatıb

“Bavi” tayfunu şənbə günü axşam saatlarında Çinin şərqindəki Tayçjou sahil şəhərinə çatıb. Təxminən 2 milyon insan təxliyə edilib.

Bakıvaxtı.az xəbər verir ki, “Bavi” şimal-qərb istiqamətində yavaşlamağa və zəifləməyə davam etsə də, tayfun təxminən Fransa ölçüsündə olan yağış zolaqlarındakı nəmlik səbəbindən hələ də ciddi təhlükə yaradır.

“Dövlət qurumları Tayçjounun yerləşdiyi Çjetszyan əyalətindən 1,7 milyondan çox insanın, qonşu Futszyan və Pekin əyalətlərindən 100 mindən çox insanın və Şanxaydan təxminən 34 min insanın təxliyə edildiyini bildirib”, - deyə “Reuters” yazır.

Milli Meteorologiya Mərkəzinin məlumatına görə, “Bavi” qasırğasının maksimum davamlı küləyi saatda təxminən 144 kilometr (90 mil/saat) olub ki, bu da Saffir-Simpson şkalası üzrə 1-ci kateqoriyaya bərabərdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyul 2026