İsrail rəhbərliyi ABŞ Prezidenti Donald Trampın İranla əsas mübahisəli məsələləri həll etmədən razılığa gələ biləcəyindən narahatdır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN İsrail rəsmilərinə istinadla məlumat yayıb.
“Trampın pis bir razılaşma əldə edəcəyi ilə bağlı real narahatlıq var”, - deyə mənbələrdən biri bildirib.
Bildirilir ki, Tehranın nüvə proqramının qismən saxlanılmasını nəzərdə tutan, lakin ballistik raketlər və regional müttəfiqlərlə bağlı məsələləri əhatə etməyən mümkün razılaşma İsrail tərəfindən qəbuledilməz hesab olunur.
İsrail rəsmilərinin sözlərinə görə, danışıqların uğursuzluğa düçar olması və ya uzanması halında eskalasiya ehtimalı real olaraq qalır.
Bakı 




