q
  • Bakı 19° C

    1.34 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

ABŞ-də inflyasiya son üç ilin ən yüksək səviyyəsinə çatd

DÜNYA

13 May 2026 | 01:07

ABŞ-də inflyasiya son üç ilin ən yüksək səviyyəsinə çatd

ABŞ-də apreldə illik inflyasiya 3.8% olub ki, bu da son üç ilin ən yüksək göstəricilərindən sayılır.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ Əmək Nazirliyinin açıqladığı məlumatlara əsasən, ötən ay ölkədə qiymətlər aylıq müqayisədə 0.6% artıb. Martda bu göstərici 0.9%, fevralda isə 0.3% təşkil etmişdi.

Məlumata görə, inflyasiyanın artmasına əsasən enerji sektorundakı bahalaşma təsir edib. Apreldə benzinin qiyməti 5.4%, ümumi enerji daşıyıcılarının qiyməti isə 3.8% yüksəlib.

Beynəlxalq Valyuta Fondu da regiondakı hərbi gərginliyin enerji qiymətlərini artıraraq qlobal iqtisadi artıma mənfi təsir göstərə biləcəyi ilə bağlı xəbərdarlıq edib.


SON XƏBƏRLƏR

12 May 2026