Əməkdar artist Elnarə Abdullayeva illər əvvəl doğma kəndlərdən birinə çəkdirdiyi bulaq barədə açıqlaması ilə diqqət çəkib.
Bakıvaxtı.az xəbər verir ki, müğənni Xəzər axşamı proqramında qonaq olarkən həmin xeyriyyə işinin ona böyük maliyyə bahasına başa gəldiyini bildirib. O qeyd edib ki, bulağın çəkilməsi üçün xeyli vəsait xərcləməli olub.
Sənətçi bildirib ki, layihəni həyata keçirmək üçün şəxsi əmlakını belə satmağa məcbur qalıb:
"Çox böyük məbləğ idi. Pul çatmadığı üçün evimi də, qızıllarımı da satdım. Amma buna baxmayaraq, peşman deyiləm. Bu gün ölsəm belə rahatam. İnsanlara bacardığım köməyi etmişəm".
Qeyd edək ki, Elnarə Abdullayeva illər əvvəl Şamaxı rayonunun kəndlərindən birində bulaq çəkdirməsi ilə gündəmə gəlmişdi. Müğənni həmin layihəyə təxminən 200 min manat vəsait xərclədiyini açıqlamışdı./Milli.az
Bakı 




