İran rejimi həm İran xalqına, həm də digər ölkə və xalqlara qarşı törətdiyi bütün cinayətlərə görə məsuliyyət daşımalıdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu nazirliyin sözçüsü Georgi Tixiy İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri, deputat İbrahim Əzizinin Ukraynanı hədələməsini şərh edərkən bildirib.
O qeyd edib ki, İran rejimi illərdir ukraynalıların öldürülməsini dəstəkləyir və Rusiyaya Ukraynaya qarşı müharibədə istifadə etmək üçün dronlar və texnologiyalar verərək buna birbaşa kömək edir:
“Bu kontekstdə həmin rejimin bəzi nümayəndələrinin Ukraynanı hədələməsi və üstəlik bunu BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququ ilə əsaslandırmağa çalışması absurddur. Bu, seriyalı qatilin öz cinayətlərini Cinayət Məcəlləsinə istinad edərək bəraət qazandırmasına bənzəyir”.
Bakı 




