• Bakı C

    8.56 m/s

  • USD - 1.7

    EUR - 1.9867

    RUB - 2.2082

Çin ABŞ və İran arasında atəşkəsə riayət olunmasına çağırıb

DÜNYA

13 Aprel 2026 | 20:13

Çin ABŞ və İran arasında atəşkəsə riayət olunmasına çağırıb

Çin ABŞ və İran arasında atəşkəs rejiminə riayət olunacağına ümid etdiyini bildirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Tszyan "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, İslamabadda ABŞ və İran arasında aparılan danışıqlar deeskalasiya yolunda mühüm addım olub.

"Çin ümid edir ki, atəşkəsə riayət olunacaq, mübahisələr müharibəni alovlandırmaqla deyil, siyasi və diplomatik vasitələrlə həll ediləcək və Fars körfəzinə sülhün tezliklə qayıtması üçün şərait yaradılacaq", - o yazıb.

Lin Tszyan vurğulayıb ki, Hörmüz boğazında gərginliyin ilkin səbəbi hərbi münaqişə olaraq qalır və onun həlli üçün döyüş əməliyyatlarını mümkün qədər tez dayandırmaq lazımdır.

O, həmçinin bütün tərəfləri təmkinli olmağa və eskalasiyadan qaçmağa çağırıb.


SON XƏBƏRLƏR