Tramp aldadılıb və İsrailin Baş naziri Benyamin Netanyahunun təkidi ilə İranda hakimiyyəti devirməyə cəhd edib. Bu, ABŞ prezidentinin indiyə qədər etdiyi ən böyük səhvdir.
Bakıvaxtı.az xəbər verir ki, bunu tanınmış amerikalı jurnalist Taker Karlson uzun illərdir dostu olan ABŞ Prezidenti Donald Tramp üçün təəssüf hissi keçirdiyini bildirərkən deyib.
“Bu, israillilərin onilliklərdir ABŞ hökumətindən tələb etdiyi bir məsələdir. Prezident Tramp bu tələyə düşdü. Mən onunla küsülü deyiləm. Onu onilliklərdir tanıyıram. Mənim ona, bütün qullar kimi, yazığım gəlir. Hazırda o, özü və ya ölkəsi üçün ən yaxşı hesab etdiyini etməkdə tam azad deyil.
1963-cü ildən bəri ABŞ-ın bütün prezidentləri böyük ölçüdə İsrailin bizdən istədiklərini ediblər və indi bu, bizə zərər verir. Ona görə də problem təkcə Trampda deyil. Problem, 9 milyon əhalisi olan bir ölkənin 350 milyon əhalisi olan bir ölkəni idarə etməsinə imkan verən nəzarət mexanizmindədir. Bu hansı mexanizmdir?”, – deyə Karlson qeyd edib.
Bakı 




