q
  • Bakı 19° C

    3.63 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

Ukrayna və Litva dron sahəsində saziş imzalayıb

DÜNYA

13 May 2026 | 20:21

Ukrayna və Litva dron sahəsində saziş imzalayıb

Ukrayna və Litva prezidentləri Volodimir Zelenski ilə Gitanas Nauseda müdafiə sahəsində "Drone Deal" formatında əməkdaşlıq haqqında saziş imzalayıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə V. Zelenski sosial şəbəkəl hesablarında məlumat yayıb.

"Litva Prezidenti Gitanas Nauseda ilə görüş zamanı əsas diqqət müdafiə sahəsində əməkdaşlığa yönəldilib və "Drone Deal" formatında qarşılıqlı fəaliyyət haqqında razılıq əldə olunub. Bu, ölkələrimiz arasında ikitərəfli sazişdir", - o yazıb və razılaşmanın hər iki ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldiyini bildirib.

"Ukraynanın hərbi ekspert qrupu zəruri müdafiə imkanlarının yaradılması, ilk növbədə müasir təhdidlərdən qorunmaq, eləcə də dövlətlərimizin və bütövlükdə regionun təhlükəsizliyini gücləndirmək üçün Litvada işləyəcək. Çağırışlarımız ortaqdır və onların öhdəsindən birgə gəlmək lazımdır", - Zelenski vurğulayıb.

O qeyd edib ki, tərəflər qarşılıqlı dəstəyi dəyərləndirir, müasir çağırışlara və təhdidlərə effektiv reaksiya verməyə qadir olan müdafiə əməkdaşlığını inkişaf etdirmək niyyətindədirlər. Həmçinin Litvanın Ukraynanın avrointeqrasiya kursunu dəstəkləməsinin vacibliyi vurğulanıb.


SON XƏBƏRLƏR