• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Makrona şillə bu aktrisaya görə vurulub - FOTOLAR

DÜNYA

13 May 2026 | 20:31 | Müəllif: Subhan Mahmudov

Makrona şillə bu aktrisaya görə vurulub - FOTOLAR

Fransa Prezidenti Emmanuel makrona arvadı Bricit Makron tərəfindən şillə vurulmasının səbəbi bəlli olub. 

Bakıvaxtı.az xəbər verir ki, Makronun Fransa-İran aktrisası Gülşiftə Fərahani ilə aylarla davam edən “platonik” flört yaşadığı iddia olunur.

Bildirilir ki, onlar mesajlaşıblar və həmin mesajlardan birində Makron “səni çox gözəl hesab edirəm” sözlərini yazıb.

Məlumata görə, 2025-ci ilin mayında Hanoy hava limanında baş verən və Bricit Makronun prezidentə şillə vurması kimi gündəmə gələn qalmaqallı insident əslində bu səbəbdən baş verib. 

İddiaya əsasən, Bricit uçuş zamanı Makronun telefonunda bu mesajları gördükdən sonra aralarında gərginlik yaranıb.

Bricitin ətrafı bu iddianı təkzib edir.

Fərahani isə bu iddia ilə bağlı hələlik şərh verməyib.


Makrona şillə bu aktrisaya görə vurulub - FOTOLARMakrona şillə bu aktrisaya görə vurulub - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026