• Bakı C

    3.91 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

"Qarabağ"dan səfərdə inamlı qələbə

İDMAN

14 Mart 2026 | 21:22

Qarabağdan səfərdə inamlı qələbə

Misli Premyer Liqasında XXIV turun daha iki matçı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, günün ilk qarşılaşmasında Qubada “İmişli” ilə “Sabah üz-üzə gəlib. Görüş “Sabah”ın 5-0 hesablı qələbəsi ilə başa çatıb.

Günün ikinci matçında "Zirə" "Qarabağ"ı qəbul edib. Bu görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1.

Bu nəticədən sonra xallarının sayını 52-yə çatdıran Ağdam klubu ikinci pillədə qərarlaşıb. Meydan sahibləri 39 xalla dördüncü sıradadır.

Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Şamaxı" "Sumqayıt"ı (1:0) məğlub edib.


SON XƏBƏRLƏR