• Bakı C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

İşlədiyi yerdən 9 min dollarlıq fotoaparat oğurladı - Polis saxladı

HADİSƏ

14 Mart 2026 | 15:03

İşlədiyi yerdən 9 min dollarlıq fotoaparat oğurladı - Polis saxladı

Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən ofislərin birindən orada çalışan şəxsə məxsus 9000 dollar dəyərində fotoaparatın oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Araşdırmalarla fotoaparatın zərərçəkmişlə eyni ofisdə çalışan həmkarı tərəfindən oğurlanması müəyyən edilib.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı K. Hətəmova saxlanılıb.

Fakt üzrə araşdırma aparılır.

 


SON XƏBƏRLƏR

13 Mart 2026