• Bakı 11° C

    6.2 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Bədbəxt hadisələr nəticəsində 9 nəfər ölüb

HADİSƏ

13 Aprel 2026 | 10:22

Bədbəxt hadisələr nəticəsində 9 nəfər ölüb

Azərbaycanda ötən həftə ərzində baş verən hadisələr nəticəsində 9 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Föpvqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 179 yanğına çıxış, 41 halda köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası və intensiv yağışlarla əlaqədar qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən həftə ərzində 20-si azyaşlı olmaqla 46 nəfər xilas edilib, 3 nəfər xəsarət alıb, hadisələr nəticəsində 9 nəfər həyatını itirib.


SON XƏBƏRLƏR

12 Aprel 2026