• Bakı C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Rusiya dəniz piyadalarını Ukraynanın cənubuna göndərir

DÜNYA

14 Mart 2026 | 23:51

Rusiya dəniz piyadalarını Ukraynanın cənubuna göndərir

Rusiya komandanlığı hücum əməliyyatlarında iştirak etmək üçün dəniz piyadaları bölmələrini Ukraynanın cənubuna köçürür.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələrinin sözçüsü Vladislav Voloşin məlumat verib.

O, Rusiyanın dəniz piyada briqadasının bu yaxınlarda Qulyapol istiqamətində yerləşdirildiyini bildirib:

"Bu, Sakit okean donanmasının 40-cı briqadasıdır. Artıq Varvarovka və Priluki (Çerniqov vilayəti – red.) kəndləri yaxınlığında hücum əməliyyatlarında iştirak ediblər. Onlar mövqelərimizə hücum etməyə cəhd etdilər, amma uğursuz oldular”.

O, həmçinin təsdiqləyib ki, Rusiya qoşunları cənub cəbhəsinə daha iki dəniz piyada qrupu göndərir və aprel ayında hücum əməliyyatlarında iştirak edəcəklər.


SON XƏBƏRLƏR

14 Mart 2026