• Bakı 21° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Tehran şərtlərini açıqladı - “Bu tələblər yerinə yetirilməsə...”

DÜNYA

14 Mart 2026 | 15:59 | Müəllif: Subhan Mahmudov

Tehran şərtlərini açıqladı - “Bu tələblər yerinə yetirilməsə...”

İran hökumətinin sözçüsü Möhsün Rzayi Tehranın davam edən müharibəni dayandırmaq üçün irəli sürdüyü iki əsas şərti açıqlayıb.

Bakıvaxtı.az SNN-ə istinadla xəbər verir ki, Rzayi rəsmi Tehranın sülh danışıqları üçün konkret tələblərinin olduğunu bildirib.

O qeyd edib ki, İran tərəfi yalnız iki halda hərbi əməliyyatlara son qoymağı düşünə bilər:

“Bu şərtlərdən birincisi, fevralın 28-dən bəri davam edən münaqişə zamanı İranın infrastrukturuna və iqtisadiyyatına dəymiş bütün ziyanın ABŞ tərəfindən təzminat şəklində ödənilməsidir. İkinci mühüm şərt isə bütün Amerika hərbi bazalarının Fars körfəzi regionundan tamamilə çıxarılmasıdır. Bu tələblər yerinə yetirilmədən hər hansı bir atəşkəsdən söhbət gedə bilməz. Ölkənin suverenliyinin qorunması üçün bütün imkanlar səfərbər edilib”.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı genişmiqyaslı “Epik Qəzəb” hərbi əməliyyatına başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026