• Bakı C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi

DÜNYA

14 Mart 2026 | 23:43

Mənim dövrümdə İran çiçəklənəcək - Rza Pəhləvi

1979-cu il inqilabında devrilmiş sonuncu İran şahının oğlu "İslam Respublikası süqut edən kimi" keçid dövründə ölkəyə rəhbərlik etməyə hazır olduğunu açıqlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, ABŞ-də yaşayan Rza Pəhləvi bu barədə sosial mediada yazıb.  

O, həm İran daxilində, həm də xaricində "keçid sistemi" yaratmaq üçün komanda qurur. 

Pəhləvi bildirib ki, "Keçid sisteminin müxtəlif şöbələrinə rəhbərlik edəcək bacarıqlı insanlar həm ölkə daxilində, həm də xaricində müəyyən edilib və qiymətləndirilib. Mənim rəhbərliyim altında keçid sistemi İslam Respublikası süqut edən kimi ölkəni ələ keçirməyə və ən qısa müddətdə İranın çiçəklənməsi üçün nizam, təhlükəsizlik, azadlıq və şərait yaratmağa hazır olacaq".


SON XƏBƏRLƏR

14 Mart 2026