BMT-nin miqrasiya agentliyinin bazar günü açıqladığı məlumatlara görə, bu həftə qərbi və cənubi Sudanda üç gün davam edən zorakılıqlar nəticəsində 10 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
2023-cü ilin aprel ayından bəri Sudan nizami ordusu və Çevik Reaksiya Qüvvələri arasında döyüşlər davam edir və nəticədə on minlərlə insan həlak olub, 11 milyondan çox insan isə didərgin düşüb.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 25-26 dekabr tarixləri arasında Sudan və Çadın qərb sərhədi yaxınlığındakı Um Baru və Kernoi kəndlərinə edilən hücumlar nəticəsində 7000-dən çox insan evindən didərgin düşüb.
Aynur Babazadə
Bakı 




